Rutte NATO-nun yeni Baş katibi olacaq

rutte-nato-nun-yeni-bas-katibi-olacaq
Oxunma sayı: 1807

Niderlandın Baş naziri vəzifəsini tərk edən Mark Rutte NATO-nun yeni Baş katibi olacaq.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, Rutte hazırda sözügedən posta yeganə namizəddir. 

Belə ki, Rumıniya Prezidenti Klaus Yohannis alyansa rəhbər postuna mübarizədən geri çəkildiyini açıqlayıb. Rutte Rumıniya da daxil olmaqla, bütün NATO ölkələrinin liderlərinin dəstəyini alıb.

Qeyd edək ki, niderlandlı siyasətçi NATO-nun Baş katibi vəzifəsində Yens Stoltenberqi əvəz edəcək. Sonuncunun səlahiyyət müddəti cari ilin oktyabrında başa çatır. 57 yaşlı Ruttenin alyansın Baş katibi vəzifəsini təyin edilməsi barədə qərar rəsmi olaraq NATO-nun iyul ayında Vaşinqtonda keçiriləcək sammitində elan edilməlidir.