“Sabah” “Zirə”yə, “Neftçi” “Keşlə”yə qarşı

sabah-zireye-neftci-kesleye-qarsi
Oxunma sayı: 1175

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında “Zəfər turu” adı verilən 11-ci tura start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sabah” doğma meydanda “Zirə” ilə qarşılaşacaq. Ötən tur “Qarabağ”a uduzan “Neftçi” isə bu dəfə “Keşlə”nin qonağı olacaq.

Tura sabah keçiriləcək “Səbail” – “Qəbələ” və “Sumqayıt” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
10-cu tur
6 noyabr

“Sabah” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Rəhman İmami, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”, 15:00.

“Keşlə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı.
Bakı. “ASK Arena”, 19:00.