Sabahdan Bakı-Sumqayıt qatar reyslərinin sayı artırılır

sabahdan-baki-sumqayit-qatar-reyslerinin-sayi-artirilir
Oxunma sayı: 1891

Xəbər verdiyimiz kimi, yeni tədris ilinin başlaması ilə əlaqədar sabahdan Bakı və Sumqayıt şəhərləri arasında qatar reyslərinin sayı artırılır.

Bu barədə “Qafqazinfo”ya ADY-nin mətbuat xidmətindən məlumat verilib.

Yeni cədvələ əsasən, Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-dək, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə 36-dan 42-dək artırılacaq.