Sabahdan bu qadağalar olacaq - Video

sabahdan-bu-qadagalar-olacaq
Oxunma sayı: 7179

Məlum olduğu kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda sərt karantin rejimi tətbiq olunacaq.

Budəfəki məhdudlaşmada “Mall” və iri ticarət mərkəzləri, kafe-restoranlar, bərbərxana və gözəllik salonları, muzey və sərgi zalları bağlanacaq. 
 
SMS-lə icazə sistemi aktivləşəcək. Belə ki, yenə də 8103-ə SMS göndərməklə 2 saatlıq küçəyə çıxmaq mümkün olacaq. Yaxın qohumun dəfni üçün isə 102-yə müraciət olunmalıdır. 

“Qafqazinfo” bu gecədən başlayacaq karantinlə bağlı qaydaları özündə əks etdirən videoçarx hazırlayıb. Həmin materialı təqdim edirik:

Pərvin Zeynal