Sabahın havası açıqlandı

sabahin-havasi-aciqlandi
Oxunma sayı: 1620

Azərbaycanda oktyabrın 28-də gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru yarımadanın bəzi yerlərində  qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz  13-15° isti olacaq.Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. 

Atmosfer təzyiqi  normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək.   Nisbi rütubət 60-70 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 28-də  Abşeron yarımadasında meteoroloji amillərin  mülayim  tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  0-3° isti olacaq.