Şabrandakı yanğından son görüntü - Yenilənib

sabrandaki-yangindan-son-goruntu
Oxunma sayı: 3075

Xəbər verdiyimiz kimi, Şabran rayonunun dağlıq ərazisindəki meşə sahəsində yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. 

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

***

Çıraqqalanın şərq yamaclarındakı meşəlik ərazi yenidən alovlanıb. Ərazinin relyefi yanğına müdaxilə edilməsini çətinləşdirir.