Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanları Sabunçu Rayon İcra Hakimiyyəti kollektivi tərəfindən yad edilib.
“Qafqazinfo” xəbər verir ki, İcra başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədr və üzvləri, rayonun təhsil, səhiyyə, mədəniyyət, idman və xidmət sahələrinin nümayəndələri, rayonun fəal gəncləri və rayon ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə tər güllər düzərək faciə qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.




Son xəbərlər
Son Xəbərlər