“Neftçi” İdman-Sağlamlıq Mərkəzinin direktoru Sadıq Sadıqov qurumun basketbol komandasının üzvləri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Sadıqov onlarla müqavilə imzaladığını əks etdirən şəkilləri sosial şəbəkə hesabında paylaşıb.
Onun basketbolçularla fotoları maraqla qarşılanıb.
Qeyd edək ki, İSM-in balansında olan “Neftçi” basketbol komandası Azərbaycan çempionatında yarışacaq. İlk turda onlar “AAAF Xırdalan”la qarşılaşacaq. Görüş oktyabrın 15-də keçiriləcək.
Xatırladaq ki, S.Sadıqov 2010-15-ci illərdə "Neftçi" Futbol Klubunun prezidenti olub.





Son xəbərlər
Son Xəbərlər