Şahin Babayev “AD Ports Group”un regional icraçı direktoru ilə görüşdü - Foto

sahin-babayev-ad-ports-groupun-regional-icraci-direktoru-ile-gorusdu
Oxunma sayı: 472

AZCON Holding-in icraçı direktoru Şahin Babayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun (AD Ports Group) Mərkəzi Asiya və Şərqi Avropa üzrə regional icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı nəqliyyat və logistika infrastrukturu üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, logistika sahəsində rəqəmsal həllərin tətbiqinə dair danışıqların mövcud vəziyyəti nəzərdən keçirilib, birgə investisiya imkanları ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.