Şahin Mustafayev İran səfiri ilə görüşdü

sahin-mustafayev-iran-sefiri-ile-gorusdu
Oxunma sayı: 1000

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında görüş olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iranlı səfir öz Tvitter hesabında məlumat paylaşıb.

O qeyd edib ki, görüş dövlət başçılarının görüşündən bir gün sonra baş tutub.

Səfir vurğulayıb ki, Azərbaycan və İranın 15 birgə iri layihəsi var, onların son vəziyyəti nəzərdən keçirilir.