Şahnaz Haşımova evə buraxıldı - Video

sahnaz-hasimova-eve-buraxildi
Oxunma sayı: 3196

Ötən həftə xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xanəndənin bacısı Əməkdar artist Aybəniz Haşımova sosial media hesabında videopaylaşım edib. 

“Çox şükür, Şahnaz xanım artıq evə yazıldı, əziz dostlar”, - o yazıb.

Qeyd edək ki, Ş.Haşımova Gəncədə xəstəxanaya yerləşdirilmiş, daha sonra Bakıya gətirilmiş və müalicəsi burada davam etdirilmişdi.