Şahramanyan Ermənistan İstintaq Komitəsində dindirilir

sahramanyan-ermenistan-istintaq-komitesinde-dindirilir
Oxunma sayı: 401

Qarabağdakı keçmiş qondarma rejimin sonuncu “rəhbəri” Samvel Şahramanyan Ermənistanın İstintaq Komitəsində dindirilir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Roman Yeritsyan bildirib.

“Bu, növbəti dindirmədir. Cinayət işi həm 44 günlük müharibə, həm də 2023-cü il hadisələri və Qarabağ məlumat qərargahının Ermənistana vurduğu iddia edilən zərərlə bağlıdır”, - vəkil deyib.

Bu iş üzrə Şahramanyanın daha əvvəl 12 dəfə dindirildiyi bildirilir.

Qeyd edək ki, Samvel Şahramanyanı dekabr ayının əvvəlində də Ermənistanın İstintaq Komitəsinə çağırıblar. Bundan sonra mətbuatda Şahramanyanın Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan tərəfindən ona hədiyyə edilən avtomobillə bağlı dindirildiyi barədə məlumatlar yayılıb.