Şakira xəyanətlə bitən münasibəti haqda ilk dəfə danışdı - Fotolar

sakira-xeyanetle-biten-munasibeti-haqda-ilk-defe-danisdi
Oxunma sayı: 6935

45 yaşlı kolumbiyalı müğənni Şakira ilk dəfə futbolçu həyat yoldaşı Pike ilə münasibətinə son qoymasından danışıb və diqqət çəkən açıqlamalar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni bu haqda “Elle” jurnalının oktyabr buraxılışına verdiyi müsahibədə danışıb.

Uzun illər davam edən münasibəti pozulduğu bir vaxtda həyatının çox çətin bir dövrə girdiyini deyən Şakira bu proseslə bağlı bu açıqlamaları verib:

“Mən susdum və hər şeyi anlamağa çalışdım. Baş verənlər haqqında danışmaq çətindir, xüsusən də hələ sağ olduğum, ictimaiyyətin gözü qarşısında olduğum və ayrılığın adi bir ayrılıq kimi olmadığı üçün... Ona görə də təkcə mənim üçün deyil, uşaqlarım üçün də çətin oldu. Şəxsi həyatım davamlı olaraq gündəmdə idi və xüsusilə media və fanatlar tərəfindən tənqid olundu. Bu, ailəm üçün çətin idi. Mən də vəziyyəti uşaqlarımdan gizlətməyə çalışdım. Bunu etməyə və onları qorumağa çalışıram, çünki bu mənim həyatda bir nömrəli missiyamdır! Valideynlərinin ayrılığını həzm etməyə çalışan iki uşaq üçün həqiqətən kədərlidir. Və bəzən mənə elə gəlir ki, bunların hamısı pis bir yuxudur və mən bir nöqtədə oyanacağımı hiss edirəm. Amma yox, bu realdır. Bir də, övladlarımın atası ilə münasibətimin media tərəfindən vulqar və ucuz bir şeyə çevrildiyini görəndə məyus oldum. Bütün bunlar atamın reanimasiyada olduğu müddətdə baş verdi”.

Qeyd edək ki, 35 yaşlı Pike hazırda 23 yaşlı PR tələbəsi Clara Chia Marti ilə sevgilidir.