Salyanda “avtoş” saxlanıldı - Video

salyanda-avtos-saxlanildi
Oxunma sayı: 1100

Salyan rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini Vidadi Doj idarə etdiyi "VAZ" markalı avtomobil ilə gecə saatlarında yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib.

Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V.Doj sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 500 manat məbləğində cərimə olunub.