Samur-Abşeron kanalında 1 nəfər batıb

samur-abseron-kanalinda-1-nefer-batib
Oxunma sayı: 1435

Samur-Abşeron kanalının Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsindən 1 nəfər batıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsindən 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitinin çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti aidiyyəti üzrə təhvil veriblər.