Samuxda Novruz münasibətilə ümumrayon şənliyi - Fotolar

samuxda-novruz-munasibetile-umumrayon-senliyi
Oxunma sayı: 1427

Samux rayonunda  Novruz bayramı münasibəti ilə ümumrayon  şənliyi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, şənlik Samux şəhəri, Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında Samux Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.

Tədbirdə  Samux RİH-nin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri,  Qarabağ müharibəsi əlilləri,  idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Firdovsi Əliyev şənlik iştirakçılarını Azərbaycan xalqının uzaq qədim zamanlardan bu günədək sevə-sevə qeyd etdiyi  Novruz bayramı münasibəti ilə təbrik edib. Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb və sonra bayramın rəmzi  Novruz tonqalını alovlandırıb. Milli geyimli uşaqlar tonqalın ətrafında halay vurublar.

Rayon rəhbəri hər bir kollektivə  yaxınlaşaraq  bayram  münasibəti ilə təşkil edilmiş süfrələrlə tanış olub və  onları bayram münasibəti ilə bir daha təbrik edib. 

Şənlik rayon uşaq musiqi məktəblərinin  hazırladığı rəngarəng  konsert proqramı ilə davam etdirilib.