Samuxda Novruz yarmarkası - Fotolar

samuxda-novruz-yarmarkasi
Oxunma sayı: 1682

Novruz bayramı münasibəti ilə Samux şəhəri, Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər iştirak ediblər.

Yarmarkaya 30 tona yaxın müxtəlif növ kənd təsərrüfatı məhsulları satışa çıxarılıb və məhsullar bazar qiymətindən 30-40 faiz aşağı qiymətlərlə satılıb. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının təşkil olunması rayon əhalisi tərəfindən cox yüksək əhvali-ruhiyyə ilə qarşılanıb.