Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Sarkisyan iclasda aprelin əvvəlində Azərbaycanın işğal etdikləri rayonlarında törətdikləri təxribatın nəticələrini müzakirə edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, S. Sarkisyan sonuncu dəfə aprelin 2-də cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmışdı.
Son xəbərlər
Son Xəbərlər