Saşa Boey zədələndi

sasa-boey-zedelendi
Oxunma sayı: 1894

“Bavariya”nın sağ cinah müdafiəçisi Saşa Boey zədələnib.

“Qafqazinfo” xəbər verir ki, alman nəhəngi sağ cinah müdafiəçisinin zədələndiyini və təxminən 1 aya yaxın meydanlardan uzaq qalacağını açıqlayıb.

Alman klubundan verilən açıqlamaya görə, fransız futbolçunun məşq zamanı sol dizində yırtıq olub.

Qeyd edək ki, futbolçu "Qalatasaray"dan “Bavariya”ya 30 milyon avro qarşılığında transfer olmuşdu.