Saxta reseptlər yazan dəstə üzvləri tutuldu - Video

saxta-reseptler-yazan-deste-uzvleri-tutuldu
Oxunma sayı: 5246

Nizami rayonunda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan dəstə üzvləri saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər tutulub. Saxlanılan 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyevadan ümumilikdə psixotrop tərkibli 950 ədəd, o cümlədən 350 ədəd preqabalin, 600 ədəd tramadol həbləri və külli miqdaqda metamfetamin aşkar edilib.

Qeyd edək ki, Ə.Əliyeva evində hazırladığı saxta reseptləri dəstə üzvlərinə təqdim edərək psixotrop tərkibli dərmanların əldə olunaraq qanunsuz dövriyyəsinin təşkilinə şərait yaradıb.

Faktla bağlı cinayət işi başlanılıb.