“Səbail”in yeni baş məşqçisi müəyyənləşdi

sebailin-yeni-bas-mesqcisi-mueyyenlesdi
Oxunma sayı: 1764

“Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, ötən mövsüm “Neftçi”nin əvəzedici komandasını çalışdıran Mahmud Qurbanov bu posta təyinat alıb.

Məlumatı saytımıza “Səbail”in icraçı direktoru Fərəc Əliyev məsələ ilə bağlı tam məlumat verə bilməyəcəyini deyib. O bildirib ki, rəsmi məlumat gün ərzində açıqlanacaq: “İndi bu barədə sizə tam nəsə deməyim doğru deyil. Sadəcə Mahmud Qurbanovla danışıqlar getdiyi doğrudur”.

Qeyd edək ki, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev bir neçə gün öncə rəhbərliklə fikir ayrılığına görə vəzifəsindən istefa verib.