“Sədərək” gömrük postunun 2 əməkdaşı həbs edildi

sederek-gomruk-postunun-2-emekdasi-hebs-edildi
Oxunma sayı: 6086

Məlum olduğu kimi, “Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanılaraq istintaq aparılır.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda törədildikdə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Həmçinin bu xəbəri oxuyun: «Находящиеся в Армении карабахские армяне готовы вернуться обратно» - ИНТЕРВЬЮ ИЗ ЕРЕВАНА

Hazırda ibtidai istintaq davam etdirilir.

Faktı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Sədərək" gömrük postunun əməkdaşlarına cinayət işinin başlanması barədə rəsmi məlumat yayılmışdı.