“Sədərək” ticarət mərkəzində güclü yanğın - Video - Yenilənib

sederek-ticaret-merkezinde-guclu-yangin
Oxunma sayı: 13020

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

“Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. 

DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

***

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, baş vermiş yanğınla əlaqədar bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən Kənar Dairəvi yolda nəqliyyat sıxlığı müşahidə edilir.

***

“Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim bildirib ki, yanğın baş verən ərazi özəl şirkətlərin birinə məxsusdur və hadisə nəticəsində ticarət mərkəzinə zərər dəyməyib.