Səfirdən azərbaycanca maraqlı təbrik - Video

sefirden-azerbaycanca-maraqli-tebrik
Oxunma sayı: 677

İsrailin ölkəmizdəki səfiri Ronen Kraus Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində videotəbrik ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, səfirliyin “X” sosial şəbəkə hesabında paylaşılmış təbrikdə deyilir: 

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizə daim birlik, rifah və əmin-amanlıq arzulayıram. Azərbaycan və İsrail xalqları arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq”.