Şəhid baş əsgərin daha bir övladı olacaq...

sehid-bas-esgerin-daha-bir-ovladi-olacaq
Oxunma sayı: 9602

İyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə həlak olan baş əsgər Elşad Məmmədovun daha bir övladı dünyaya gələcək. 

Bu barədə “Qafqazinfo”ya məlumatı şəhidin ailə üzvləri verib. Bildirilib ki, E. Məmmədovun ikinci dəfə ana olmağa hazırlaşan həyat yoldaşı Qönçə Məmmədova 3 aylıq hamilədir. 

Qeyd edək ki, şəhidin ilk övladı Məhəmməd 6 aylıqdır.