Şəhid Elmin Əlizadə dəfn olundu - Fotolar + Video

sehid-elmin-elizade-defn-olundu
Oxunma sayı: 6584

Xəbər verdiyimiz ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusu yeddi şəhid verib.

“Qafqazinfo” xəbər verir ki, onlardan biri - əsgər Əlizadə Elmin Samir oğlunun nəşi Mingəçevirə gətirilib.

Ağdamdan məcburi köçkün olan 19 yaşlı şəhidimizin nəşi ailəsinə təhvil verilib.

Bu gün Mingəçevirdə məcburi köçkünlər üçün salınan "Yeni həyat" qəsəbəsində şəhidlə vida mərasimi keçirilib.

Şəhid Elmin Əlizadə Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.