Şəhid ərini çiynində yola salan Firuzənin Sevgililər Günü... - Video

sehid-erini-ciyninde-yola-salan-firuzenin-sevgililer-gunu
Oxunma sayı: 5106

Şəhid həyat yoldaşı Röyal Cəfərovun tabutunu çiyinlərində daşıyaraq onu torpağa tapşıran qadın kimi tanınmışdı Firuzə Cəfərova. Ötən gün 14 Fevral - Sevgililər Günündə isə o, həyat yoldaşının məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, şəhid qəhrəmanımızın hərbi formasını geyinən xanım Gəncə Şəhidlər Xiyabanında ərinin məzarını ziyarət edib, önünə qızılgüllər düzüb. Sonra isə məzarın qarşısında sülh rəmzi olan göyərçin uçurub. 

Xatırladaq ki, Firuzə Cəfərova “Qafqazinfo”ya açıqlamasında ərinin tabutu altına girərkən əlavə heç bir şey düşünmədiyini, bununla həyat yoldaşına olan son borcunu yerinə yetirdiyini demişdi. 

Şəhid Röyal Cəfərovdan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qalıb. Oğluna bu adı özü versə də, şəhid qəhrəmanımız onu cəmi bir ay görə bilib.