Şəhid Fərid Adıgözəlovun ildönümü qeyd olundu - Fotolar

sehid-ferid-adigozelovun-ildonumu-qeyd-olundu
Oxunma sayı: 4342

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Fərid Adıgözəlovun ildönümü ilə əlaqədar olaraq Naftalan şəhərində anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ŞİH başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Şəhidin məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Adıgözəlov Fərid İlqar oğlu (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. Şəhidin medalı ildönümü ərəfəsində atası İlqar Adıgözəlova təqdim olunub.

Qeyd edək ki, Fərid Adıgözəlov 1992-cı il sentyabrın 8-də Naftalan şəhərində anadan olub. Ailəli idi, bizlərə bir qız övladı əmanət qalıb.