Şəhid Sənan dəfn olundu - Fotolar

sehid-senan-defn-olundu
Oxunma sayı: 4336

Xəbər verdiyimiz kimi, iyunun 5-də keçirilən təlimlər zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nurəddin oğlu bədbəxt hadisə nəticəsində həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, bu gün Şəmkir şəhərində şəhidin vida mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və hərbçinin xidmət etdiyi N saylı hərbi hissənin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Şəhid Sənan Əhmədov rayon qəbiristanlığında dəfn olunub.

Yunis Quliyev