Şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi

sehidin-mektebli-bacisi-facievi-sekilde-vefat-etdi
Oxunma sayı: 6607

Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.

“Qafqazinfo”nun məlumatına görə, şəhidin bacısı 2006-cı il təvəllüdlü Tamilla Ağazadə ötən gün hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbin 10-cu sinif şagirdi olub.

Faktı Binəqədi rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər. 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü R. Ağayev 2020-ci ilin oktyabrın 2-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 

Günel Türksoy