Səidə Sultan pullu ər axtarır

seide-sultan-pullu-er-axtarir
Oxunma sayı: 910

Bu barədə “Qafqazinfo”ya açıqlama verən ifaçı bildirib ki, onun ailə quracağı oğlan ondan varlı olmalıdır: “Mən özüm işləyirəm və normal pul qazanıram. Çox istərdim ki, mənim ailə quracağım oğlan məndən kasıb olmasın”.

Səidə ailə quracağı oğlanın mütləq normal işi, evi və maşını olmasının vacib olduğunu söyləyib: “Ailə qurduğum insanın normal işi və ailə saxlamaq üçün hər şəraiti olmalıdır. Gərək elə işi olsun ki, məndən yüksək pul qazansın. Xoşlamıram arvadın pulu ərindən çox olsun. Mən ərimin əlinə baxım, o, mənim əlimə yox”.

Aynur Babayeva