Şəkidə mikroavtobusla yük maşını toqquşdu - Xəsarət alanlar var

sekide-mikroavtobusla-yuk-masini-toqqusdu
Oxunma sayı: 1162

Şəkidə mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun  məlumatına görə, qəza bu gün axşam saatlarında şəhərin Salman Mümtaz küçəsində baş verib.

Balakəndən Bakı istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus ilə “UAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə “UAZ”ın sürücüsü, Şəki sakini 64 yaşlı Səyyar Səlimov və mikroavtobusun sərnişinlərindən biri 27 yaşlı Balakən sakini Ulduz Nəsibova müxtəlif dərəcəli bədənxəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov