Səkkizi cəzalandırıldı

sekkizi-cezalandirildi
Oxunma sayı: 652

ANS PRESS-in TQDK-ya istinadla verdiyi məlumata görə, iyunun 8-də hər bir rayon üzrə saat 10:00-da XI siniflər, həmin gün 15:00- da isə IX siniflər öz biliklərini nümayiş etdirib.

İmtahan prosesinin idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb.

TQDK sədri Məleykə Abbaszadə imtahan prosesini yaxından izləmək üçün Şamaxı və İsmayıllı rayonlarındakı imtahan mərkəzlərində olub, imtahanın gedişi ilə tanış olub.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıb.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.