Səksən iki yaşında özünü 9-cu mərtəbədən atdı

seksen-iki-yasinda-ozunu-9-cu-mertebeden-atdi
Oxunma sayı: 648

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yeni Yasamal 2 ünvanında qeydə alınıb. Adıçəkilən ünvanda yaşayan 1930-cu il təvəllüdlü Abdulla Məmmədov 9 mərtəbədən, eyvandan yıxılaraq ölüb.

İlkin ehtimala görə, yaşlı kişi intihar edib.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, kişi intihar məqsədilə eyvandan özünü atıb. Qonşularının sözlərinə görə, Abdulla Məmmədov xəstəlikdən əziyyət çəkirmiş və həmişə ağrılardan şikayət edib.

Hazırda hadisə yerində polis əməkdaşları və Prokurorluq müstəntiqi iş aparır.