Şəmkir gəncləri Cocuq Mərcanlıda - Foto

semkir-gencleri-cocuq-mercanlida
Oxunma sayı: 1368

Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsində qalib olmuş "Yurdumuz Gənclərin Gözü ilə" layihəsi çərçivəsində Şəmkir gəncləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. 

“Qafqazinfo” xəbər verir ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəmkir rayon Təhsil şöbəsinin və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilib. 

Layihənin əsas məqsədi böyüməkdə olan gənc nəsilə vətənpərvərlik ruhunun tərbiyə olunması məqsədilə işğal olunmuş rayonların tanıdılmasıdır.

Layihədə 20 nəfərdən artıq gənc iştirak edib. Şəmkir gəncləri Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ilə tanış olub.

Yekunda layihə iştirakçıları sertifikat və xatirə hədiyyələri ilə təqdim olunublar.