Şəmkir şəhərində qətl törədilib.
"Qafqazinfo" "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə qadının (ad və soyad dəqiqləşdirilir-red) boğazı kəsilərək qətlə yetirilib. İlkin məlumata görə, hadisəni onun əri törədib.
Faktla bağlı araşdırma aparılır.
**
Şəmkirdə öldürülən qadının kimliyi məlum olub.
“Qafqazinfo” məlumatına görə, qətlə yetirilən şəxs 26 yaşlı Məmmədova Nailə Allahyar qızıdır.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər