Serial bitər-bitməz düşmən oldular

serial-biter-bitmez-dusmen-oldular
Oxunma sayı: 3825

Reytinq qurbanı olan “Seni çok bekledim” serialında baş obrazları canlandıran İrem Helvacıoğlu ilə Özcan Deniz instaqramda bir-birilərini izləmədən çıxarıb, həmçinin birlikdə yer aldıqları fotoları siliblər.

“Qafqazinfo” “Posta” qəzetinə istinadən xəbər verir ki, aktrisa ilk dəfə məsələ ilə bağlı danışıb. O bildirib ki, sözügedən mövzunun məğzi əslində başqa cürdür.

“İzləyicilərimdən “Özcan Deniz sizi izləmədən çıxardı, birlikdə olduğunuz bütün şəkilləri sildi. Siz niyə onu hələ də izləyirsiniz və şəkillərini silmirsiniz?” deyə mesajlar gələndə bu məsələni öyrəndim. Serial vaxtı aramızda şəxsi heç bir problem yaşanmadı, amma serialda nəsə gərginlik var idi. Serial bitdikdən sonra bir daha heç görüşmədik. Bu, çox böyük hörmətsizlikdir. Fanatlarım məni xəbərdar edincə mən də onu izləməməyə başladım və bütün fotolarımızı sildim. Bu hörmətsizliyə cavab olaraq nə edə bilərdimki?!”, - deyə aktrisa qeyd edib.