Sərnişin avtobusu qəzaya uğradı - 28 yaralı

sernisin-avtobusu-qezaya-ugradi
Oxunma sayı: 641

Polşada sərnişin avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Tarnobej şəhərində baş verib.

Məlumata əsasən qəza zamanı ikimərtəbəli avtobusda 85 sərnişin olub. İnsident nəticədə 28 sərnişin xəsarət alıb.  Hadisə yeridə çoxlu sayda təcili tibbi yardım xidmətinin briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 7-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Polis faktla bağlı araşdırmalara başlayıb.