Sərt karantin bazar günündən başlayır - Video

sert-karantin-bazar-gununden-baslayir
Oxunma sayı: 29019

Bu həftənin cümə və şənbə günləri ciddi karantin rejimi tətbiq edilməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Operativ Qərargahın brifinqində verilib. 

Bildirilib ki, bunun əvəzində bazar günü - 21 iyun saat 00:00-dan başlayaraq iyul ayının 5-i saat 06:00-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

Bu müddət ərzində vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər.