“Qafqazinfo”nun məlumatına görə, "Addım Gənclər Təşkilatı"nın təşkilatçılığı ilə keçirilən gecədə modelyerın ekslüziv olaraq Bakı dəfiləsi üçün hazırladığı klassik və milli elementlərlə zəngin 30-a yaxln geyimi nümayiş olunub. Geyimləri tanınmış modaçı Lyubov Gutorovanın rəhbərlik etdiyi FMS models agentliyinin modelləri nümayiş etdirib.
Gecəni giriş sözü ilə "Addım Gənclər Təşkilatı"nın sədri Hüseyn Cavadzadə açıb və gənc modelyerın yaradıcılıq üstünlüklərindən də başqa diasporamızda məhsuldar fəaliyyətindən və vətənpərvərliyindən danışıb. Daha sonra Norveç Krallığının Bakıdakı konsulu Şerstin Agneta Valberq çıxış edərək layihə ilə bağlı müsbət fikirlərini bildirib. Şervin Nəcəfpurun "Atropatena" sərgisi 20 dəqiqə ərzində davam edib və qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Gecənin davamında 2014-cü ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova musiqi proqramı ilə çıxış edib.
Qeyd edək ki bundan öncə Avropa ölkələri və yaxın Türkiyədə müxtəlif moda dəfilələrində iştirak edən 24 yaşlı Şervin Nəcəfpurun Azərbaycanda ilk moda gecəsi idi.
Fotolar gənc fotoqraf Yusif Novruzzadəyə məxsusdur.
Könül
Son xəbərlər
Son Xəbərlər