Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı

ses-yazisi-yayilan-mekteb-direktoru-isden-cixarildi
Oxunma sayı: 10203

Bakı şəhərində yerləşən 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyeva işdən çıxarılıb.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb direktorun məktəbdəki xərcləri təmin etmək üçün valideynlərdən pul yığılması ilə bağlı yayılan səs yazısıdır.

O, bu gün vəzifəsindən azad olunub.

Qeyd edək ki, direktor səs yazısında “Siz fikirləşmirsiniz ki, məktəbin xərclərini nə ilə ödəməliyik?”, - deyib.

Həmçinin oxuyun: Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama