Səudiyyə Ərəbistanı Yəmənin Məkəlla liman şəhərinə hava zərbələri endirib.
“Qafqazinfo” AP-yə istinadən xəbər verir ki, Riyad hücumun səbəbi kimi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) separatçı qüvvələr üçün göndərildiyi iddia edilən silah yüklərini göstərib.
BƏƏ zərbə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Hücum Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının (STC) separatçı qüvvələri arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Eyni zamanda, bu addım on ildən artıqdır davam edən Yəmən müharibəsində İranın dəstəklədiyi husilərə qarşı fərqli tərəfləri dəstəkləyən Riyad və Əbu-Dabi arasındakı münasibətləri daha da gərginləşdirir.
Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat verilməyib. Səudiyyə ordusu zərbənin gecə saatlarında endirildiyini və mülki obyektlərə zərər dəyməməsi üçün tədbirlər görüldüyünü açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər