Terror hücumu zamanı onların da konserti varmış

terror-hucumu-zamani-onlarin-da-konserti-varmis
Oxunma sayı: 5469

Xəbər verdiyimiz kimi, ötən gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.

“Qafqazinfo”nun Rusiya mediasına istinadən məlumatına görə, hücum “Piknik” qrupunun konsertinin başlamasından bir neçə dəqiqə əvvəl həyata keçirilib.

“RedKassa”nın məlumatına görə, sözügedən konsertə bütün biletlər satılıb. Konsertin baş tutacağı zal isə 6200 nəfər üçün nəzərdə tutulub.

Xatırladaq ki, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da martın 22-si Xalq artisti Röya Ayxanın da konserti olacaqmış.