Şeydayevin yeni baş məşqçisi açıqlandı

seydayevin-yeni-bas-mesqcisi-aciqlandi
Oxunma sayı: 1527

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”un yeni baş məşqçisi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, komandanı Mustafa Gürsel çalışdıracaq.

O, bu vəzifdə Ertuğrul Sağlamı əvəzləyib. Yeni baş məşqçi ilə 1,5 illik müqavilə imzalanıb.

“Kocaelispor” hazırda 1-ci liqada 43 xalla 3-cü pillədə qərarlaşıb.