Şeyx belə də dedi: “Vicdanın nə olduğunu bilmirəm” – Video

seyx-bele-de-dedi-vicdanin-ne-oldugunu-bilmirem-video
Oxunma sayı: 697

“Qafqazinfo” Azadlıq Radiosunun Şeyxin çıxışından yaydığı videonu təqdim edir. Allahşükür Paşazadə dediyi fikrə belə aydınlıq gətirib: «Hər bir insanın özünün əqidəsi var, ona ad qoymaq da çətindir. Vicdanın özünün nə olduğunu bilmək hələ çox çətindir. Ona görə də bəzən çox heyfsilənirəm ki, xaricdə oturub fikir söyləyənlərin mövqeyi, xarici dövlət rəhbərlərinin bəzi qərarları digər xalqların, elə Azərbaycanın dəyərlərinə, qanunlarına uyğun gəlməyəndə bunu düzgün saymırlar. Dünyada hər şeyin sərhədi var, insan hüquqlarının, dini azadlığın, vicdan azadlığının da sərhədi var. Həmin həddi keçəndə insan hüquqları pozulur».