Sinan Akçıl Şuşada səsləndirilən məşhur ifanı paylaşdı - Video

sinan-akcil-susada-seslendirilen-meshur-ifani-paylasdi
Oxunma sayı: 4259

Türkiyənin məşhur müğənnisi Sinan Akçıl 2 il öncə Şuşada “Xarıbülbül” ​musiqi festivalı çərçivəsində səsləndirilən "Bayati şiraz" ifası ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, müğənni ifanı sosial media hesabında paylaşıb. 

O, Əməkdar artist Təyyar Bayramovun xanəndə oğlu Kənanın ifasını izləyiciləri ilə bölüşərək bunları yazıb:

"On minlərlə fələstinli ailənin tək günahı vətən dedikləri torpaqlarda yaşamaq istəməkdir. "Bu gecə öləcəyik" deyə, düşünən dərdli analar, atalar gözümün önünə gəlir. Arzu edirəm ki, bu gecə bu mahnı zalımları susduran olsun. Bir dua çox mənanı verir. Yanınızdayıq, Qəzza. Həm də iliklərimizə kimi. Bu mahnı türk dünyasının ağısı kimidir bu gecə. Böyük Azərbaycan cəsarətli bir qələbə ilə Qarabağı düşməndən təmizlədi. Qısası, vətən torpağı hər şeydir".

Sözügedən ifanın videosunu təqdim edirik: