SOCAR Gürcüstanda da jurnalistə qarşı zor işlətdi - Qalmaqal

socar-gurcustanda-da-jurnaliste-qarsi-zor-isletdi-qalmaqal-
Oxunma sayı: 707

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, Batuminin “İnfo 9” informasiya agentliyində çalışan jurnalist Camlet Katamadze bəyanatda qeyd edib ki, onu “ Socar Georgia qaz” şirkətinin ofisində 15 dəqiqə bağlı otaqda saxlayıblar. Yalnız həmkarları ona köməyə gəldikdən sonra jurnalist azad olunub: “Mən şirkətin ofisinin qarşısından kadrlar çəkirdim. Mühafizəçi gəldi, mənim qolumdan tutaraq zorla binaya saldı. Mənim press-vəsiqəmi götürdülər və soruşdular ki, mən kiməm. Mən press-kartımda kim olmağımla bağlı kifayət qədər məlumat olduğumu dedim. Məni bir otağa saldılar və buraxmadılar. Üstümə qışqırdılar ki, sən kimsən. KİV nümayəndələri gələnə kimi 15 dəqiqə bağlı otaqda qaldım”.

Qeyd edək ki, “İnfo 9” agentliyi milyarder, müxalifət liderlərindən olan Bidzine İvanişviliyə məxsusdur.