Son 3 ayda Bakıda baş verən ağır qəzalar - Video

son-3-ayda-bakida-bas-veren-agir-qezalar
Oxunma sayı: 1894

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi son 3 ayda Bakıda qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikasını yayıb.

“Qafqazinfo” Mərkəzə istinadən xəbər verir ki, NİİM-in paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 3 ay ərzində 384 yol-nəqliyyat hadisəsi baş verib.

“Müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı şəhər DYPİ-nin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərib ki, yüksək sürət, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Qəzalar daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Mikayıl Müşfiq, 28 May və digər küçələrdə baş verib”, - məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, yol-nəqliyyat hadisələri yollarda bir çox hallarda sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.