Sonuncu Qədr gecəsidir

sonuncu-qedr-gecesidir
Oxunma sayı: 2643

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.

“Qafqazinfo” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi təqvimə əsasən, sonuncu Əhya gecəsi 16 mart tarixinə düşür.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Ramazan bayramı isə 20 marta təsadüf edəcək.