Sonuncu yarımfinalçı bəlli oldu

sonuncu-yarimfinalci-belli-oldu
Oxunma sayı: 915

“Sabah” basketbol klubu Azərbaycan kubokunda mübarizəni dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv B qrupunun son görüşündə “NTD-İndiqo”ya 85:89 hesabı ilə uduzaraq qrupda qalıb. 
Belədə, həmin qrupdan “NTD-İndiqo” və “Sərhədçi” yarımfinala vəsiqə qazanıb.

Kubokun yarımfinal mərhələsində “NTD-İndiqo” “Xəzri” ilə, “Neftçi” isə “Sərhədçi” ilə qarşılaşacaq.

Matçlar aprelin 17-də baş tutacaq.